Çinin Vuhan şəhərində meydana gələn və dünyanın hər bir yerinə yayılan korovirüsun qorxusundan cəmiyyətdə çaxnaşma davam edir.
Unikal.org xəbər verir ki, insanlar ictimai nəqliyyatda maskalar taxmağa, qida və gigiyena məhsullarını daha çox almağa başlayıblar. Bu qorxu və çaxnaşma vəziyyətini şərh edən türkiyəli Prof. Dr. Nevzat Tarhan, koronavirusun cəmiyyətdə getdikcə daha çox yayılması və bundan yeni bir xəstəliyin meydana gəlməsinə səbəb olub.
Belə ki, professor koronavirusun cəmiyyətdə psixoloji və sosial təsir göstərərək yeni bir xəstəlik “Koronafobiya”nın yaranmasına şərait yaradıb.
Qeyd edək ki, Dr. Nevzat Tarhan insanlara mənfi təsir göstərən bu xəstəliyin koronavirusdan daha təhlükəli olduğunu bildirib.