Avstraliyanın daxili işlər naziri Peter Dutton yeni koronavirus (Covid-19) xəstəliyinə yoluxub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, özünü narahat hiss edən nazir xəstəxanaya müraciət edib. Tibbi müayinə zamanı nazirdə yeni koronavirus xəstəliyinin əlamətləri aşkarlanaraq, karantin altına alınıb.
Belə ki, Dutton, bu an üçün yaxşı olduğunu və vəziyyəti barədə məlumatı paylaşacağını bildirib.
Qeyd edək ki, Avstraliyada indiyə qədər 128 nəfərdə koronavirus aşkarlanıb.