17 martda UEFA-nın fövqəladə iclası keçiriləcək.
Unikal.org xəbər verir ki, iclasın əsas mövzularından biri 2020-ci il Avropa çempionatı olacaq. BBC-nin məlumatına görə, Avro-2020-nin koronavirus pandemiyası səbəbindən bir il müddətinə təxirə salınması və 2021-ci ildə keçirilməsi gündəmdədi.
Video-konfrans şəklində keçiriləcək iclasda məsələ ilə bağlı yekun qərarın qəbul olunacağı gözlənilir.
UEFA quruma üzv olan 55 assosiasiyanın nümayəndələrini, həmçinin Avropa Klublar Assosiasiyası, Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyası və Avropa liqalarının rəhbər şəxslərinə dəvət göndərib.
Azərbaycan Avro-2020-yə ev sahibliyi edəcək ölkələrdən biridi.