Çinin Hubey əyalətinin Vuhan şəhərində yaranan və bir çox ölkəyə yayılan koronavirusun yeni növünə (Covid-19) yoluxanların sayı 246 mini keçib.

Unikal.org "Worldometer" veb saytına istinadən xəbər verir ki,  dünya üzrə yeni növ koronavirusa yoluxanların sayı 246 min 494 olduğu bildirilib. Digər məlumatlara görə, Covid-19 səbəbiylə cəmi 10 min 49 adam həyatını itirib və 88 min 485 adam isə sağalıb. 

Həyatını itirənlərin ölkə üzrə bölgüsü aşağıdakı kimidir:

Çində 3 min 248, Hong Kongda 4 min, İtaliyada 3 min 405, İranda 1284, İspaniyada 831, Fransada 372, ABŞ-da 217, İngiltərədə 144, Cənubi Koreyada 94. , Hollandiyada 76, Almaniyada 44, İsveçrədə 43, Yaponiyada 40, İndoneziyada 25, Filippində 17, Belçikada 21, San Marinoda 14, İraqda 13, Kanadada 12, İsveçdə 11, Əlcəzairdə 9, Avstraliyada 7, Norveçdə 7, Braziliyada 7, Misirdə 7, Avstriyada 6, Danimarkada 6, Yunanıstanda 6, Polşada 5, Hindistanda 5, Livanda 4, Lüksemburqda 4, Portuqaliyada 4, Türkiyədə 4, Ekvador 3, Argentinada 3, Bolqarıstanda 3, İrlandiyada 3, Peruda 3, Ukraynada 3, Pakistanda 3, Mərakeşdə 2, Malayziyada 2, Albaniyada 2, Dominikan Respublikada 2, Kosta Rika, Sloveniya, Bəhreyn, Tayland, Tayvan, Panama, Macarıstan, Kuba Moldova, Azərbaycan, Tunis, Burkina Faso, Martinika, Yamayka, Banqladeş, Qvatemala, Guyana, Curaçao, Kayman Adaları, Rusiya, Meksika, Xorvatiya və Sudan.