Avstriyada böyrək çatışmazlığı və şəkər xəstəliyindən müalicə alan Türkiyə vətəndaşı 28 yaşlı Yonca Akyol,  koronavirus xəstəliyindən  həyatını itirib.

Unikal.org məlumat verir ki,  virusdan ölən qadının cənazəsi vətəninə gətirilib.

Belə ki,  gənc qadınının cənazəsi qara neylon paketlə tamamilə örtürülməsi və dəfn mərasimində 5 nəfərin iştirakı diqqət çəkib.

Qeyd edək ki, indiyə kimi Türkiyədə koronavirusdan ölənlərin sayı 4-ə çatıb.