Yeni koronavirus (Kovid-19) ilə mübarizə aparan Fransa son verdiyi qərara əsasın insanların çölə çıxmasını qadağa edib. 

Unikal.org məlumat verir ki, qadağaya əsasən Fransa polisi evsizlərə cəza verilməsi barədə məlumat yayıb. Belə ki, paytaxt Paris və digər şəhərlərdə evsiz insanlar qaydaları pozduqlarına görə cərimə olunublar. 

Qeyd edək ki, Fransada “Kovid-19”  səbəbiylə ölənlərin sayı 372-yə, yoluxanların  sayı isə 10 995-ə yüksəlib. Beləliklə, virus tamamilə Fransanın hər bir nöqtəsini əhatə edib.