Almaniyada daha 2 052 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkə ərazisində son 1 gündə 3 nəfər koronavirusun qurbanı olub.

Beləliklə, Almaniyada COVID-19 daşıyıcılarının sayı 17 372-yə, virusdan ölənlərin sayı isə 47-yə çatıb.