PKK-nın qadın bölməsinin rəhbəri Qəndil dağlarında məhv edilib.

Unikal.org xəbər verir ki, Ayten Amed ləqəbli terrorçu Türkiyə Silahlı Qüvvələri ilə Milli Təhlükəsizlik Təşkilatının İraqın şimalında keçirdiyi xüsusi antiterror əməliyyatı nəticəsində öldürülüb.

Qeyd edək ki, 1990-cı illərdən PKK sıralarına daxil olan Ayten Amed təşkilatın aparıcı simaları ilə daim təmasda olub, terror təşkilatının mühüm tapşırıqlarını icra edib.