Koronavirusla bağlı İrana humanitar yardımlar sanksiyalara məruz qalmır.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo açıqlama verib.
Mayk Pompeo ölkəsinin İrana yardım etməyə hazır olduğunu bildirib:
“Bütün dünya bilməlidir ki, İrana humanitar yardım kanalı geniş şəkildə açıqdır. Sanksiya altında deyil, İrana göndərilən dərman preparatlarına görə sanksiya tətbiq edilmir. Humanitar yardım üçün sanksiya yoxdur”.