Türkiyədə koronavirusdan ölənlərin sayı 9-a çatıb.
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
O qeyd edib ki, son 24 saatda koronavirusla bağlı 3656 test edilib:
“Onlardan 311-nin nəticəsi pozitiv olub. Yaşlı və zəif 5 xəstəmiz həyatını itirdi. Bu günədək 9 nəfər koronavirusdan ölüb. Hamısı yaşlılardır. Onları qorumalıyıq”.