Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Qebreyesus koronavirus (COVİD - 19) infeksiyası ilə bağlı gənclərə müraciət edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Tedros Adan Qebreyesus deyib:
"Hər yerdə eşidirik ki, koronavirus (COVİD - 19) infeksiyası gənclərə təsir etmir. Çağırış edib bildirirəm ki, Siz yenilməz deyilsiniz. Bu virusa görə həftələrlə xəstəxanada qala və hətta sizi öldürməsinə səbəb ola bilər. Onun üçün hər bir gənc bu virusdan qorunmaq üçün tibb işçilərinin məsləhətlərini dinləməli və əməl etməlidir".