Avstraliyada koronavirusa yoluxanların sayı 1023 nəfərə çatıb. Onların 40 faizinin ölkənin ən böyük şəhəri olan Sidneydə qeydə alındığı bildirilir.
Unikal.org yerli KİV-lərə istinadla xəbər verir ki, Avstraliya hökuməti yeni koronovirusun yayılmasının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir. Belə ki, martın 21-də Sidneydəki əsas şəhər çimərliyi “Bondi-beach” tarixdə ilk dəfə olaraq bağlanıb.
Sidney meriyasından bildirilib ki, hökumətin yeni koronavirusun yayılmasına qarşı müəyyən etdiyi qadağalar sakinlər tərəfindən pozulacağı təqdirdə şəhərin digər istirahət obyektləri də bağlanacaq.