Gürcüstanda koronavirusla bağlı fövqəladə vəziyyət elan olunub.
Unikal.org xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.
O deyib ki, bu vəziyyət aprelin 21-dək qüvvədə olacaq.
Baş nazir artıq ölkədə fövqəladə vəziyyətin elan olunması ilə bağlı Gürcüstan prezidenti Salome Zurabişviliyə müraciət edib.
Gürcüstanda bu vəziyyətin elan olunması üçün parlamentin dəstəyi tələb olunur. Qanunverici orqan bu gün xüsusi iclas keçirəcək.