Orta Asiya ölkəsi Qırğızıstanda koronavirusa görə fövqəladə vəziyyət elan edilib.
Unikal.org xəbər verir ki, bunu ölkənin Nazirlər Kabineti açıqlayıb.
Fövqəladə vəziyyət martın 22-dən tətbiq ediləcək.
Qeyd edək ki, Qırğızıstanda indiyədək 12 yoluxma faktı qeydə alınıb. Bütün yoluxmalar Səudiyyə Ərəbistanı və Küveytdəki müqəddəs ziyarətgahlara səfər edən şəxslərdir.