Gürcüstanda koronavirusa yoluxma ilə bağlı daha bir hal təsdiqlənib.

Unikal.org xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda yerləşdirilib.

Bununla koronavirus daşıyıcılarının sayı 49-a çatıb. Karantində 1 966, stasionar nəzarətdə isə 259 nəfər saxlanılır.

Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxanlardan biri tam sağalıb.