İranda yeni tip koronavirusdan (Covid-19) daha 129 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bunu İran səhiyyə nazirinin müavini Əlirza Rəisi bildirib. Onun sözlərinə görə, ölkədə infeksiyadan ölənlərin sayı 1 685 nəfərdir.

Nazir müavini deyib ki, daha 1 028 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 21 min 638 nəfərə çatıb.

Nazir müavini həmçinin 7 913 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb: "7913 nəfərin xəstəxanada müalicə nəticəsində sağalaraq evə buraxılıb".