Son sutka ərzində Misirdə koronavirusdan ölənlərin sayı 10 nəfərə çatıb. 

Unikal.org xəbər verir ki, bu barədə məlumat verən Səhiyyə Nazirliyinin mətbuat katibi Xalid Meqahed dünən virusdan 2 nəfərin öldüyünü, 9 nəfərin yoluxduğunu bildirib. O əlavə edib ki, bugünədək ölkədə 294 nəfərdə COVID-19 virusu aşkar edilib.

Nazirliyin rəsmisi qeyd edib ki, son bir sutkada koronavirusa yoluxanların hamısı Misir vətəndaşlarıdır. Onlar xəstəxanalarda karantin altına alınıb və vəziyyətləri sabitdir. Həyatını itirənlər isə 68 yaşlı qadın və 75 yaşlı kişidir. Onların hər ikisi Giza vilayətinin sakinləridir. Meqahed əlavə edib ki, indiyədək koronavirusdan müalicə olunan 41 nəfər sağalıb.