Türkiyədə yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olanlara evdən küçəyə çıxmağa qoyulan qadağa bu gündən tətbiq olunmağa başlanıb.
Unikal.org-un məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyinin 81 valiyə göndərdiyi təlimatda qeyd olunub ki, qadağaya əməl etməyənlər 3 min 150 lirə cərimə ödəyəcəklər və Türkiyə Cinayət Məcəlləsinin 195-ci maddəsinə görə, cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Artıq tələblərə əməl etməyən yaşlı insanlara qarşı ictimaiət tərəfindən də təzyiqlər edilir. Belə ki, sosial şəbəkələrdə oturacaqda oturan iki yaşlı kişinin üzərinə su tökməklə ərazidən uzaqlaşdırıblar.