Xəbər verdiyimiz kimi, İtaliyada son sutka ərzində yeni növ koronavirus infeksiyası səbəbindən 368 nəfər həyatını itirib, ümumilikdə isə ölkədə virusdan ölənlərin sayı 1809 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, dünyada ən çox koronavirus infeksiyasından əziyət çəkən İtaliyada demək olar ki, bütün xəstəxanalar dolub.
"NBC news" və "SKYnews"da bu gün İtaliya ilə bağlı yayımlaan reportajda koronavirus infeksiyasın dünya üçün nə qədər təhlükəli olduğunu görüntülərlə təqdim edib.
Qeyd edək ki, hazırda bu ölkədə koronavirus daşıyıcılarının ümumi sayı 20603 nəfər təşkil edir.