Gürcüstan Baş nazirinin müşaviri Sozar Subari koronavirusun yayılması riskinə görə karantin zonası elan edilən Marneuli rayonunda olub.
Unikal.org xəbər verir ki, ərazidə vəziyyətlə tanış olan S. Subari bildirib ki, hazırda rayonda sakitlik hökm sürür və sakinlərin qaydalara riayət etməsinə ciddi nəzarət olunur:
"Ərzaq mağazaları, banklar kimi zəruri obyektlər istisna olmaqla rayon ərazisində bütün obyektlər bağlanılıb. Ərazidən çıxışa icazə verilmir. Nəqliyyat vasitələrində ikidən artıq şəxsin olmasına icazə verilmir. Yerli sakinlərdən təşkil edilmiş 10 könüllü qrup yaradılıb və bu qruplar həkimlərlə birlikdə təhlükə ola biləcək kəndləri və məhəllələri yoxlamağa başlayacaqlar”.