Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirir.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, hazırda ölkəyə daxil olan xəstəlik kanalları tamamilə bağlanıb: “Ölkədə biznes, iqtisadi həyatın qorunması üçün bütün tədbirlər görülür. Buna baxmayaraq artıq ölkə daxilində yoluxma halları var. Hazırda 61 xəstə var. Azərbaycan hökuməti xüsusi karantin rejimi tətbiq etmək haqda qərar qəbul edib”.
O, əlavə edib ki, artıq Bakı, Sumqayıt və Abşerondan rayonlara çıxış qadağan olunub.
Unikal.org konfransdan canlı yayımı təqdim edir: