Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2019-cu ildə 345 nəfəri oğlan, 315 nəfəri isə qız olmaqla ümumilikdə 660 uşaq, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 8-i qız olmaqla 14 uşaq övladlığa götürülüb.
Bu barədə Unikal.org-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, əvvəlki illə müqayisədə övladlığa götürülən oğlanların sayı 14,2 faiz, qızların sayı 9,7 faiz azalıb, Azərbaycan məhkəmələri tərəfindən ləğv edilmiş övladlığa götürülmə barədə qərarların sayı isə 22,4 faiz artaraq 82 təşkil edib.
2019-cu ildə övladlığa götürülmüş uşaqlardan 175 nəfəri 1 yaşadək, 296 nəfəri 1-5 yaş, 115 nəfəri 6-10 yaş, 74 nəfəri isə 11-17 yaş arasında olub.