Azərbaycanda əmək qanunvericiliyinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə həmin orqanın hesabına köçürülən hissəsi 25%-dən 18%-ə endirilir.

Unikal.org xəbər verir ki, bu məsələ Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qeyd edək ki, həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.