"Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin online iclası keçirildi. İclasda ölkədə fəaliyyət göstərən banklara çağırış etdik".
Unikal.org xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Elnur Allahverdiyev Feysbuk profilində paylaşım edib.
Millət vəkili bildirib ki,təqaüdlərin verilməsi zamanıdır: "Pandemiya şəraitində təqaüdçülərimizə dəstək olun. Yaşlı vətəndaşlarımızın təqaüdlərini almalarını asanlaşdırın. Təqaüdlərin ödənilməsi prosesinə bütün banklar qoşulsun və təqaüdçülər üçün nağdlaşdırma faizsiz olsun! Həmrəyliyimiz naminə bir-birimizə dəstək olaq!"