Xəzər RPİ-nin 1-ci polis bölməsinin rəisi işdən çıxarılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, sözügedən bölmənin rəisi Hüseynov Murad Tofiq oğlu öz ərizəsi ilə vəzifəsindən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, M.Hüseynov Azərbaycanın milli qəhrəmanı Tofiq Hüseynovun oğludur.
Famil Fərhadoğlu