Dünyada on minlərlə insanın ölümünə səbəb olan yeni növ koronavirusla (COVID-19) bağlı amerikalı nevroloq maraqlı açıqlama verib.
Unikal.org Amerika KİV-nə istinadən xəbər verir ki, nevroloq ölkəsindəki koronavirus xəstələrinin beyinlərində ciddi pozğunluqlar aşkarlandığını bildirib. Bunun həmin xəstələrin nitqlərində və reaksiya qabiliyyətlərində pozöunluğa yol açdığnı deyib.
O, ABŞ-da 74 yaşlı bir koronavirus xəstəsinin danışma qabilliyətini itirdiyini və beyninin bir hissəsində şiş aşkarlandığını da qeyd edib. Nevroloq həmçinin koronavirusa yoluxan xəstələrin beyinlərində pozğunluqların meydana gəlməsinin nadir rastlanan bir hal olduğunu açıqlayıb.