Qlobal böhrana çevrilən koronavirus pandemiyasına qarşı dünya ölkələri bir sıra tədbirlər görərək sərhəd qapılarını bağlayıblar.
Unikal.org məlumat verir ki, sərhəd qapılarının bağlanması bir müddət əvvəl xına mərasimi üçün Azərbaycanın Balakən rayonuna qonaq gələn türkiyəli Çakır ailəsi geri dönə bilməyiblər.
Belə ki, Türkiyə vətəndaşı 27 yaşlı Rizeli Resul azərbaycanlı nişanlısı 21 yaşlı Balakən rayonundan olan Gülyana Yekayevanın xına mərasimi üçün ailəsi ilə birlikdə martın 12-də Azərbayacana gəliblər.
Xına mərasimindən sonrası Rəsul, anası Gülhan, atası Həsən və qohumları Mustafa Çakır ilə birlikdə Türkiyəyə dönmək üzrə yola çıxıb.
Ancaq dünyada baş verən qlobal problem koronavirus səbəbiylə Azərbaycan-Gürcüstan və Gürcüstan-Türkiyə sərhəd qapılarının bağlı olması onların geri dönməsinə səbəb olub.
Artıq bir müddətdir ki, Türkiyəli Çakır ailəsi qohum olduqları Azərbaycanlı ailəsi ilə birlikdə yaşamaqdadırlar.