"Yalnız mart ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən müraciətləri əsasında "Fərqlənmə nişanı" əldə edən şəxslər barədə məlumatlar "icaze.e-gov.az" portalına daxil ediləcək və ölkədə hərəkət məhdudiyyəti dövründə yalnız portaldan qeydiyyatdan keçən şəxslər taksi fəaliyyəti göstərə biləcək".
Bu barədə Unikal.org-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.
"Artıq bu saata qədər Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən taksi xidməti göstərən 188 nəfər barədə məlumat portala yerləşdirilib. Sizə təhlükəsiz səfər arzu edirik! Proses davam edir. Tək tələbimiz sərnişinləri təhlükəsiz və qaydalara əməl edərək daşımağınızdır!
Bakı şəhəri inzibati ərazisi daxilində fəaliyyət göstərən taksi sürücüləri istisnadır. Paytaxtda taksi fəaliyyətinə nəzarət aidiyyatı üzrə digər qurum tərəfindən təşkil edilir", - deyə o qeyd edib.