Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri “Biz birlikdə güclüyük!”, “Evdə qal”, “Sağlam qal” aksiyasına dəstək olaraq videoçarx hazırlayıblar.
Unikal.org xəbər verir ki, tələbələr UNEC ailəsi adından Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın “Biz birlikdə güclüyük!” çağırışına qoşulublar. UNEC tələbələri videoçarxda “Biz birlikdə güclüyük!”, “Evdə qal”, “Sağlam qal” çağırışlarını səsləndirərək insanları sosial həmrəyliyə çağırıblar.