Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq Gəncədə tənya yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təşəbüsü ilə həyata keçirilən aksiyaya iş adamları və sahibkarlar da qoşulublar. 

Unikal.org xəbər verir ki, iş adamı Zəfər Məmmədov tənha yaşıyan ahıl vətəndaşların evlərinə və aztəminatlı ailələrə baş çəkib. Aksiyası çərçivəsində sözügedən şəxslərə ərzaq yardımı edilib, onlarla profilaktik söhbətlər aparılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarını bir daha xatırladılıb,  bu qaydalara əməl olunmasının vacibliyini diqqətə çatıdırılıb.

Həmçinin o da bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyətində Koronavirusa Qarşı Mübarizə Qərargahı fəaliyyət göstərir. Ehtiyac yarandığı halda Qərargahın qaynar xətti ilə əlaqə saxlamaq mümkündür.

Məlumat üçün bildirək ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ümumilikdə 100-dən artıq  aztəminatlı ailəyə, o cümlədən yaşı 65-dən yuxarı təhna ahıl vətəndaşa ərzaq yardımı edilib.