Müalicə və bir sıra başqa səbəblərlə xaricə gedən və hazırda Belarusiyanın paytaxtı Minsk şəhərində olan, koronavirus pandemiyası səbəbilə Azərbaycana qayıda bilməyən bir qrup soydaşımız Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib. Onlar otelə yerləşdirilib və hər birinin gündəlik məişət problemləri həll edilib.
Unikal.org xəbər verir ki, Nazim Məmmədov və Sadıq Piriyev Diaspor TV-nin studiyasına qoşularaq Azərbaycan vətəndaşlarının adından Azərbaycan dövlətinə, Cənab Prezidentə və ölkəmizin birinci xanımına minnətdarlıqlarını çatdırıblar.
Videoçıxışları təqdim edirik: