"Karantin rejiminin normalarını pozma hallarının intensivliyi artıb. Bir gün ərzində ölkə üzrə 3 073 nəfər xüsusi karantin rejiminin tələblərini pozduğuna görə inzibati məsulliyətə cəlb olunub."

Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu nəticə onu göstərir ki, insanlar evdə qalmaq tələblərinə riayət etmirlər.

Hökümət rəsmisi həmçinin qeyd edib ki, digər insanların evdən çıxmasına şərait yaratmaq üçün saxta vəsiqələr hazırlayan şəxslər də dövlətin nəzarətindədir və həmin şəxslər mütləq cəzalandırılacaqlar.

Murad