“Sabahdan etibarən talassemiya xəstələrinin qan tələbatı problemlərinin həlli üçün müzakirələrə başlayacağıq”.
Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O bildirib ki, qan ehtiyatı olsa da, donorların sayındakı azalma onları narahatedicidir:
“Amma bunu öncədən gördüyümüz üçün maarifləndirmə tədbirlərinə başlamışıq. Vətəndaşlara, donorlara müraciət etmək istəyirəm ki, bu humanist addımlarını davam etdirsinlər. Yoxsa, biz daha çətin vəziyyətə düşə bilərik. Onları arxayın edirəm ki, Mərkəzi Qan Bankında bütün lazımı tədbirlər görülüb, heç bir yoluxucu xəstəliyə tutula bilməzlər”.
R.Bayramlı vətəndaşlara müraciət edərək xahiş edib ki, donor olmaqda davam etdirsinlər, çünki çətinliklərimiz ola bilər:
“Onların bütün təhlükəsizliyi tam təmin olunacaq və qan vermələri risk təşkil etməyəcək”.