"Tibbi maskaların əhaliyə ödənişsiz paylanması planı gündəlikdə deyil."
Unikal.org-un xəbərinə görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.
"Maskalar həkimlərə, xəstələrə, polisə, gömrük və digər dövlət orqanlarına ödənişsiz olaraq paylanılır. Bizdə maskaların qiyməti o qədər yüksək deyil ki, insanlar onu ala bilməsinlər." deyə o, əlavə edib.
Hökümət rəsmisi bildirib ki, maskalarla bağlı qıtlıq olsa da artıq bu problem aradan qaldırılır.
Murad İbrahimli