"Ölkəmizdə koronavirusa yoluxanların yaşları 2 və 90 yaş arasında dəyişir. Koronavirus xəstəliyinin ağır keçməsi bütün yaş dövrlərini əhatə edə bilər. Beynəlxalq təcrübə də bunu göstərir"
Unikal.org-un xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Sağalanlar arasında 82 yaşlı xəstənin olduğunu da qeyd edən Ramin Bayramlı bildirib ki, vəfat edənlər bu infeksiya ilə yanaşı onkoloji və digər ağır xəstəlikləri olan insanlardır.
Onun sözlərinə görə, əlavə təsirləri çox yüksək olan dərmanlar qəbul edən şəxsləri koronavirusdan xilas etmək praktiki cəhətdən çox çətindir.
Murad İbrahimli