Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq Gəncədə tənya yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir.

Unikal.org xəbər verir ki, yardım aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da yaxından iştirak edir. 

Niyazi Bayramov şəhər sakini Təranə Əhmədovanın ailəsinə baş çəkib. Ailə gəlirləri aşağı olan və İki övladı ilə tək yaşayan qadına ərzaq yardımı edilib. Şəhər rəhbəri həmçinin Təranə Əhmədova və onun övladları ilə profilaktik söhbət aparıb, ölkədə elan olunan xüsusi karantin rejimi qaydalarına əməl etməyin vacibliyini bir daha xatırladıb. Təranə Əhmədova göstərilən diqqətə görə minnətdarlığıı bildirib.
Niyazi Bayramov 75 yaşlı şəhər sakini Gülnaz İbrahimovanın da evinə baş çəkib. Tənha yaşayan qadına ərzaq yardımı edilib, onunla maarifləndirici söhbət aparılıb.

Şəhər rəhbəri bildirib ki, Gəncə Şəhər İcra Hakimiyyətində Koronavirusla Mübarizə Mərkəzi yaradılıb. Ehtiyac yaranarsa Mərkəzin Qaynar xətti ilə də əlaqə saxlamaq mümkündür. Gülnaz İbrahimova isə öz növbəsində göstərilən qayğıya görə dövlət başçısı İlham Əliyevə, Birinci-vitse prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə öz minnətdarlığını bildirib. 

Xatırladaq ki, Gəncədə ehtiyac sahiblərinə ərzaq yardımı bir neçə müddətdir ki, davam edir. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ümumilikdə 150-yə yaxın aztəminatlı ailəyə, o cümlədən yaşı 65-dən yuxarı təhna ahıl vətəndaşa ərzaq yardımı edilib.