Deputatların qəbul otağında kameraların quraşdırılması təklif edilib.

Unikal.org xəbər verir ki, bu təklifi Milli Məclisin iclasında deputat Razi Nurullayev irəli sürüb.

O həmçinin Milli Məclisin deputatlarının səlahiyyətlərinin artırılmasını təklif edib:

“Biz sosial şəbəkələrə daxil ola bilmirik. Ölkədə işsizliklə bağlı ciddi problem var. İşsizlik statusları ilə bağlı meyarlara ciddi dəyişikliklər edilməlidir. Təklif edirəm ki, deputatların səlahiyyətlərinin artırılması ilə bağlı xüsusi qrup yaradılsın”.