Kapital Bank ölkədə xüsusi karantin rejiminin tətbiq olunması səbəbindən müştərilərə bir sıra güzəştlər təqdim edir.
Unikal.org xəbər verir ki, asan olmayan bu şəraitdə ən çox ziyan çəkən sahələrdən biri də sahibkarlardır. Bunu nəzərə alaraq, Kapital Bank sahibkarlar üçün növbəti güzəşt imkanını verir.
İndiyədək Kapital Bank-ın POS terminalını əldə edən sahibkarlar, aylıq dövriyyəsindən asılı olaraq, xidmət haqqı ödəyirdilər. Mövcud vəziyyəti nəzərə alaraq, sahibkarlardan aprel ayı üzrə xidmət haqqı tutulmayacaq. Bunu etməklə Bank, hər zaman sahibkarlığı dəstəklədiyini, vəziyyətdən asılı olmayaraq optimal şərtlər təqdim etməsini bir daha sübut edir.
Qeyd edək ki, Kapital Bank-ın çox funksiyalı Smart Kassa və POS-terminallarını əldə etmək istəyənlər 196 Sorğu Mərkəzinə və ya (+99 450) 255-01-96 qaynar xəttinə müraciət edə bilərlər. Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir və hər bir müştərinin istəyinə uyğun “Təməl”, “Uğur”, “İnkişaf” və “Zirvə” adlı sərfəli tarif paketlərini təqdim edir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.