Koronavirus (COVİD - 19) infeksiyasının ölkədə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nizami rayonunda təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi daha da gücləndirilib.
Unikal.org xəbər verir ki, rayon ərazisində qrafikə uyğun olaraq küçə və prospektlər, yol kənarlarında piyada səkiləri, yeraltı keçidlər, avtobus dayanacaqları, ticarət və xidmət obyektləri, sərbəst bankomatlar və ödəniş terminalları, eləcə də məhəllələr, oturacaqlar və söhbətgahlar, yaşayış binaları, məişət tullantıları konteynerləri, həmçinin bazarların əraziləri hər gün bağlandıqdan sonra işçi qruplar tərəfindən dezinfeksiya olunur.
Görülən işlərlə bərabər, virusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə mobil qrupların fəaliyyəti gücləndirilib.