İndiyədək Azərbaycanda 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, onlardan 159 nəfəri müalicə olunaraq sağalıb, 10 nəfər vəfat edib, 822 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 61342 test aparılıb.