Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Fazil Talıbov Unikal.org-a bildirib ki, müraciət zamanı onların qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.
Mesajı aldıqdan sonra onlar evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edilibsə - istənilən poçt şöbəsinə, SMS-də bank göstərilibsə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.
Dünəndən işsiz şəxslərin birdəfəlik ödəmə ilə təminatına başlanıb və dünən də 10 min şəxsə ödəniş edilib.
İşsiz kimi qeydiyyata alınan şəxslərə ödəmələrin verilməsi gündəlik olaraq davam edəcək və digər işsiz şəxslər də bu dəstəklə təmin olunacaqlar.