Koronavirus (Covid-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində həyəta keçirilən zəruri və təxirəsalınmaz tədbirlərin uğurla reallaşdırılmasında Dövlət Gömrük Komitəsi də bütün səylərini səfərbər edib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Unikal.org-a verilən məlumata görə, eyni zamanda, Komitənin strukturuna daxil olan qurumlar tərəfindən aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardımlar edilir.
Növbəti aksiya Bakı Baş Gömrük İdarəsi tərəfindən təşkil olunub. Baş İdarənin əməkdaşları 100-dən çox ailəyə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, onlara evdə qalmağı tövsiyə ediblər.