Türkiyədə Azərbaycan diasporunun proaktiv üzvlərindən olan Yəhya Taşdələn 91 yaşında vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə “Çapar” tarixi jurnalının baş redaktoru Dilqəm Əhməd feysbukda yazıb. "M.Rəsulzadəni həyatda görən sonuncu səxs Yahya Taşdelen bəy bu gün vəfat edibmiş. Allah rəhmət eləsin".
Qeyd edək ki, Y. Taşdələn 1929- cu ildə Türkiyənin Qars şəhərində anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Ankarada yaşadığı dönəmlərdə onunla birlikdə çalışıb.