Qobu qəsəbəsi və Nübar yaşayış massivinin bəzi ərazilərində aprelin 14-də saat 11.30-dan 16.00-dək elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaranacaqdır.
"Azərişıq" ASC-dən Unikal.org-a verilən məlumata görə, fasilənin səbəbi Xırdalan ETSİ-nin xidməti ərazisində yerləşən 110/35/10 kv-luq "Qobu Yarımstansiyası"ndan qidalanan 10 kv-luq "Qobu-1" və 10 kv-luq "Nübar-1" hava elektrik verilişi xətlərində aparılan yenidənqurma və cari təmir işləri ilə əlaqədardır.