Qafqaz Müsəlmanları İdarəsi (QMİ) “Xüsusi Karantin Qaydalarının Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” olan 8103 qısa nömrəsinə yalandan yas mərasimində iştirak etmək adı ilə icazə alan şəxslərə müraciət edib.
QMİ sədrinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi hacı Sədi Axundzadə Unikal.org-a bildirib ki, bütün din xadimləri Nazirlər Kabineti yanında Operativ Qərargahın və Səhiyyə Nazirliyinin verdiyi tövsiyyələri dəstəkləyir və buna əməl edirlər:
“Son aylar dünyanı cənginə alan koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar bütün dünyada olduğu kimi, Azərbaycanda da insanların qorunması üçün dövlət tərəfindən lazımi addımlar atılır. Bunun üçün dövlətin müvafiq qurumlarının verdiyi tövsiyələri dəstəkləyir və təbliğ edir, həmçinin insanları bu istiqamətdə marifləndirir və özümüz də buna riayət edirik. Əgər qanunda təsbit edilib ki, insanlar yerlərini düzgün yazıb harasa gedirsə, buna heç bir şey deyə bilmərik. Amma kim isə bundan sui-istifadə edirsə bu yaxşı hal deyil. Qanunlara riayət olunsa, daha yaxşı olar. Çünki bu pandemiyanın aradan qaldırılması üçün müvəqqəti vaxt lazımdır. Əgər bu vaxta hər kəs riayət etsə biz bu koronavirusu da müvəffəqitlə başa vurub, həm özümüzü və həm də ailəmizi, yaxınlarımızı qoruya biləcəyik. Burda əsas sağlamlıqdan söhbət gedir. İslam dini də bizə sağlam həyat tərzi təbliğ edir. İslam dini buyurur ki, özün sağlam olmalısan ki, birinə həm cismani və ruhən dəstək olasan”.
Sədi Axundzadə din xadimlərinin dəfn mərasimlərində iştirakından və AZAN verilməsində də danışıb: “Qanunda biz din xadimləri üçün istisna hallar da var. Bu hansı hallardır? Təbii ki, din xadimləri həmişə xalqın yanında olub. Bu gün ictimaiyyətdə fəaliyyət yoxdursa, ən azı məsciddə boş AZAN vermək imkanımız var. Hər yerin rəsmi din xadimi məscidə gedir, azan verib, qayıda bilər. Məscidlərdə kütləvi namaz qılmağa icazə yoxdur. Bununla belə, rəsmi din xadimləri qanunda da təsbit olunub ki, dəfn mərasimlərində iştirak edə bilərlər. Bura da əsas vacib olan namaz, meytin qüsul, kəfən və onun sonda dəfn olunmasıdır. Ümumiyətlə yerlərdə də dəfn mərasimi zamanı müstəhəb olunan yığıncaq yerləri yoxdur. Çünki xalq verilən tövsiyələri qəbul edir. Bir daha deyirəm rəsmi orqanlar da bilir ki, dəfn mərasimlərində iştirak edən kəndin, rayonun və yaxud şəhərin din xadimləridir. Bütün din xadimləri mərhumun yalnız yaxınları vasitəsi ilə rəsmi ritualların yerinə yetirib, işlərini başa çatdırırlar”.
Amid