Koronavirusa ən tez yoluxa biləcəyimiz təhlükəli ərazilər açıqlanıb.
Unikal.org xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri namizədi, həkim-otorinolarinqoloq Vladimir Zaytsev danışıb.
O bildirib ki, 5 bu cür təhlükəli yer var:
Beşinci yerdə zibil var. Zaytsevə görə, zibili çölə çıxardıqdan sonra əllərinizi yaxşıca yumaq lazımdır.
Dördüncü yerdə ev heyvanlarını gəzdirdiyiniz meydança var. Ev heyvanı pəncələrində virusu götürə bilər. Ona görə də heyvanı evə gətirəndə hərtərəfli yumaq lazımdır.
Üçüncü yerdə yanacaqdoldurma məntəqəsi var. Çünki yüzlərlə insan burada yanacaq doldurarkən insanlarla kontaktda olur. Kontaktsız xidmətlərdən istifadə etmək daha yaxşıdır.
Təhlükə baxımından ikinci yerdə mağazalar göstərilir. Maskasız mağazaya girmək olmaz. Arabaya və ya səbətə toxunmazdan əvvəl əllər antiseptik vasitə ilə dezinfeksiya edilməlidir.
Ancaq ən təhlükəli yer şübhəsiz ki, apteklərdir. Xəstəliyin simptomları olan insanların gəldiyi məkan. Apteklərin sahəsi kiçik olduğundan və virusun öskürdükdən, asqırdıqdan sonra uzun müddət səthdə, havada qalması bu riski daha da artırır.