Çinin Hubey əyalətinin Uhan şəhərində meydana gələn və qısa zamanda dünyanın hər bir tərəfinə yayılan ölümcül virusun təsiri dayanmadan artır. 

Unikal.org xəbər verir ki, Çində aparılan yeni araşdırmalara görə, koronavirusun maksimal ötürmə məsafəsi dörd metrə qədər ola bilər. Mütəxəssislər də sosial məsafənin ən azı 4 metr olmasının lazım olduğunu qeyd edib. 

Həmçinin də, koronavirusun ayaqqabıların altından yaşaya biləcəyini qeyd edən Çinli alimlər bunun səhiyyə işçiləri tərəfindən xəstəxanaya və ətrafına aparıla biləcəyi mövzusunda xəbərdarlıq ediblər.

Uhandakı Huoshenshan Xəstəxanası Reanimasiya Birliyindəki tibb işçiləri bazasından götürülən nümunələrin yarısının koronavirus üçün müsbət sınaqdan keçirildiyini elan edən Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi, virusun döşəmələrdə, kompüter siçanlarında, zibil qutularında və xəstəxana yataq örtüklərində geniş yayıldığının aşkarlandığını bildirib. “Kovid-19 xəstəsi olan palatalardan çıxmazdan əvvəl insanların ayaqqabı altlıqlarını dezinfeksiya etmələrini tövsiyə edirik” deyə alimlərdən açıqlama gəlib.

Qeyd edək ki, “New England Medicine Journal”da nəşr olunan bir araşdırma yeni koronavirusun plastik və polad kimi müəyyən səthlərdə üç günə qədər yaşaya biləcəyini irəli sürülüb.