Belarusiyada koronavirus infeksiyasına yoluxanların sayı açıqlanıb. 

Unikal.org Belarusiya Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə ölkə üzrə 14 aprel tarixinə qədər koronavirus infeksiyası üçün 71 min 875 nəfər testdən keçirilib.

Testlərdə 17 laboratoriya iştirak edib.

Koronavirus infeksiyası olan 3281 nəfər qeydə alınıb. "Onlardan 2444-ü xəstəxanaya yerləşdirilib. Qalanları xəstəliyi yüngül formada keçirdiyi üçün ev şəraitində müalicə alır. 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 57 xəstənin IVL bölməsinin dəstəyinə ehtiyacı var.

Aşkar edilmiş koronavirus infeksiyası olan xroniki xəstəliklərdən 33 nəfər dünyasın dəyişib.