Koronavirus epidemiyasının mərkəzinə çevrilən ABŞ-da koronavirus (COVID-19) nəticəsində ölənlərin sayı 26 mini keçib.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, ABŞ-da aşkarlanan virusun sayı 24 saat ərzində 27 min 91 artaraq Çinin Uhan şəhərində meydana gələn və bütün dünyada yayılan koronavirus səbəbiylə 24 saatda 614 min 246-ə çatıb.

Ölkədə epidemiya nəticəsində ölənlərin sayı son 24 saat ərzində 2 min 420 artaraq 26 min 64-ə yüksəlib.

Nyu-Yorkdakı son vəziyyət:

ABŞ-ın Nyu York əyalətində aşkar olunanların sayı 203 min 123-ə, ştatda koronavirusdan ölənlərin sayı 10 min 834-ə çatıb.