Dünya koronavirusla mübarizə apararkən ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Roger Stoun maraqlı bir iddia ortaya atıb.

Unikal.org ABŞ KİV-ə istinadən xəbər verir ki, qatıldığı bir radio proqramına açıqlama verən Stone, dünyada və ABŞ-da baş verən koronavirus pandemiyasının meydana gəlməsində “Microsoft”un qurucusunu, dünyanın ən zəngin adamı Bill Qeytsi hədəf alıb.

Belə ki, Roger Stone, “Microsoft” şirkətinin qurucusu olan Qeyts 2015-ci ildə təəccüblü proqnozları ilə ön plana çıxan “Əgər bir şey yaxın 10 ildə 10 milyondan çox insanı öldürərsə, bu müharibədən deyil,  yüksək bir yoluxucu virus olacaq” fikrini təkzib edib.

Stone, Qeytsİ antivirus peyvəndi hazırlamaq işini dəstəklədiyini açıqlayıb, “Bill Qeyts,  yaradılış və yayılma prosesində rol oynadığını müzakirə etmək üçün açıqdır. Onu və digər qlobalistləri vaksinləri məcburi etmək və insanlar üçün mikroçip yerləşdirmək üçün istifadə edirlər" deyə şərh edib. 

Stonenin bu fikirləri qalmaqala səbəb olub.